14 iyun 2025 at 15:37
Jurnalist kodu: 5564
Xəbər kodu: 85862666
T T
0 Persons
İsrailli yazıçıdan etiraf: İran dəqiq vurur, İsrail isə uşaqları öldürür

Tehran, İRNA – Sionist rejimin yazıçısı və siyasi təhlilçi Alon Mizrahi etiraf edib ki, İran hücumlarında yüksək dəqiqliklə hərəkət edir, lakin İsrail rejimi uşaqları, hətta yaxın məsafədən, hədəf alaraq öldürür.

Alon Mizrahi sosial şəbəkədəki paylaşımında yazıb: “İran minlərlə kilometr uzaqdan İsraili vura bilir, özü də bircə uşağın belə həyatına son qoymadan. Amma İsrail sıfır məsafədən belə fələstinli hədəfə zərbə endirə bilmir, hər gün onlarla uşağı qətlə yetirir.”

Qeyd edək ki, bundan əvvəl İsrail mediası İranın 15 dəqiqə ərzində, 3 mərhələdə işğal olunmuş ərazilərə raket zərbələri endirdiyini bildirmişdi.

Sionist rejimə məxsus sosial şəbəkə səhifələri və media orqanları milyonlarla insanın sığınacaqlara qaçaraq uzun saatlar orada qaldığını təsdiqləyiblər.

İsrailin “Maariv” qəzeti yazır ki, rəsmi Təl-Əviv İranın müharibə başa çatanadək hər gün onlarla raketlə hücumlarını davam etdirməyə qadir olduğunu ehtimal edir.

Eyni zamanda yayılan məlumatlara əsasən, İranın hücumu nəticəsində 6 bina ciddi ziyan görüb və bir neçə israilli yaralanıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .